“Xəzər Lənkəran” daha bir braziliyalı futbolçu aldı

“Xəzər Lənkəran” daha bir braziliyalı futbolçu aldı
  29 Avqust 2013    Oxunub:1259
“Xəzər Lənkəran” daha bir futbolçunu heyətinə cəlb edib.
Klubun rəsmi saytında yayılan xəbərə görə, braziliyalı hücumameyilli yarımmüdafiəçi Deyvid Frank Silva Sakkoni bu gün cənublularla 1 illik müqavilə bağlayıb.

26 yaşlı futbolçu Braziliyanın A və B seriyalarında oynayan müxtəlif komandların heyətində çıxış edib. 3 il “Palmeyras”ın uğurları üçün çalışan Deyvid, sonradan "Qoias", "Qremio", "Nautiko" və son iş yeri olan "Branqantino" klubunun da formasını geyinib.


Teqlər:





Xəbər lenti