İsrail səfiri: "Biz Qarabağda sülh istəyirik"

İsrail səfiri: "Biz Qarabağda sülh istəyirik"
  10 Aprel 2017    Oxunub:1936
"Qarabağda sülhün əldə olunması Minsk prosesinə əsaslanmalıdır"

AzVision.az xəbər verir ki, bunu İsrailin Ermənistandakı səfiri Eliyahu Yeruşalmi “News.am”-a müsahibəsində deyib.

“Xalqlarınızın rifahı üçün hər şeyi qəbul edirik. Ən əsası regionda sülhün bərqərar olunmasıdır. Silah məsələsinə gəldikdə isə İsrail bu məsələni şərh etmir. Bu məsələ mənim İrəvanda görüşlərim zamanı qaldırılıb və yəqin ki, gələcək məsləhətləşmələr zamanı qaldırılacaq”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: İsrail   Ermənistan   Qarabağ  





Xəbər lenti