İbrahimbəyovun yerini bilən olmadı

İbrahimbəyovun yerini bilən olmadı
  29 Avqust 2013    Oxunub:1079
Bir neçə saat əvvəl Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun “Milyarderlər ittifaqı”nın üzvü Ramazan Abdulatipovun şəxsi dəvəti ilə Dağıstana gəlməsi haqda məlumat vermişdik.

Virtualaz.org saytı Milli Şura üzvlərinin İbrahimbəyovun bu səfərindən xəbərdar olub-olmadığını öyrənmək üçün sorğu keçirib.

Məlum olub ki, Milli Şura üzvlərindən heç kimin İbrahimbəyovun bu səfərindən, ümumiyyətlə, onun harada olmasından xəbəri yoxdur.

Politoloq Zəfər Quliyev R.İbrahimbəyovun Dağıstan səfərindən xəbərsiz olduğunu bildirdi: “Bu gün bir neçə nəfər bu səfərlə bağlı mənə sual verib. Amma bu səfərdən, Abdulatipovla görüşdən xəbərsizik. Eldar Namazovla əlaqə saxladım. O da heç bir məlumatının olmadığını dedi”.

“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev də bu səfərdən xəbərsiz olan Milli Şura üzvüdür: “Ən son danışdığımızda Moskvada idi. Bu səfərdən məlumatsızam”.

Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan R.İbrahimbəyovun Dağıstana gəlməsi xəbərini bizdən eşitdiyini söylədi: “Sizin saytdan oxumuşam. Bu səfərin olub-olmaması haqda fikir bildirmək üçün yalnız İbrahimbəyovun özü ilə əlaqə saxlamaq lazımdır”.

AXCP sədr müavini Fuad Qəhrəmanlı da İbrahimbəyovun Dağıstanda olmasından xəbərsizdir.

Azərbaycan Milliyyətçi Demokrat Partiyasının sədri Qələndər Muxtarlı da İbrahimbəyovun yerini bilməyən Milli Şura üzvüdür.



Teqlər:





Xəbər lenti