7 mindən çox PKK-çı öldürülüb

7 mindən çox PKK-çı öldürülüb
  10 Aprel 2017    Oxunub:1131
Türkiyə Silahlı Qüvvələri tərəfindən son iki il ərzində 10 min 91 PKK terrorçusu zərərsizləşdirilib.
AzVision.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Fikri Işıq deyib.

Onun sözlərinə görə, terrorçuların 7071-i məhv edilib, 1020-si yaralanıb, 963-ü həbs olunub, 1037-si isə təhlükəsizlik qüvvələrinə təslim olub.

Qeyd olunub ki, iki il ərzində terrorçuların hücumları nəticəsində 900-ə yaxın hərbçi və polis, həmçinin 300-dən çox dinc sakin həlak olub.

AzVision.az


Teqlər: Türkiyə   PKK   Terror  





Xəbər lenti