Putin Azərbaycanın arxiyepiskopunu təltif edib

Putin Azərbaycanın arxiyepiskopunu təltif edib
  11 Aprel 2017    Oxunub:1255
Rusiya prezidenti Vladimir Putin Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Atanı (İşşeini) “Dostluq” ordeni ilə təltif edib.

Bu barədə Rusiya prezidentinin rəsmi saytında məlumat yerləşdirilib.

Sənəddə bildirilir ki, Moskva Patriarxlığının Bakı və Azərbaycan Yeparxiyasına başçılıq edən Aleksandr Ata rus diasporunun dəstəklənməsi işinə böyük töhfəsinə, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı konfessiyalararası anlaşmanın və əməkdaşlığın möhkəmlənməsi istiqamətində səmərəli fəaliyyətinə görə “Dostluq” ordeni ilə təltif edilib.

AzVision.az


Teqlər: Rusiya   Putin   Azərbaycan   Bakı  





Xəbər lenti