Tramp Suriyanı qızı İvankaya görə vurub

Tramp Suriyanı qızı İvankaya görə vurub
  11 Aprel 2017    Oxunub:8798
ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp atası tərəfindən Suriya aviabazasına raket zərbəsi endirmək qərarının qəbul edilməsinə ciddi şəkildə təsir göstərib. AzVision.az xəbər verir ki, bunu prezidentin oğlu Erik Tramp “The Daily Telegraph”a açıqlamasında təsdiqləyib.
“O, İdlibdə əhaliyə kimyəvi silahdan istifadə edilməsindən ciddi təsirlənmişdi. İvanka üç uşaq anasıdır və bunun ciddi təsiri var. Mən əminəm ki, o, “Qulaq as, bu, dəhşətdir. Atam belə anlarda belə fəaliyyət göstərəcək” deyib, - Erik Tramp bildirib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: ABŞ   Tramp   İvanka   Suriya  





Xəbər lenti