Ötən il 1032 nəfər edam edilib - Dəhşətli statistika

Ötən il 1032 nəfər edam edilib - Dəhşətli statistika
  11 Aprel 2017    Oxunub:1538
2015-ci ilə müqayisədə 2016-cı ildə dünyada edam hökmlərinin icrası 37 faiz azalıb. AzVision.az xəbər verir ki, bu haqda “Amnesty International” beynəlxalq insan haqlarını müdafiə təşkilatının hesabatında bildirilib.
Bəyanata əsasən 2015-ci ildə 1634 nəfər edam edilsə də ötən il bu rəqəm 1032 olub.

Qeyd olunub ki, edam hökmü ən çox Çin, İran (567), Səudiyyə Ərəbistanı (154) , İraq (88) və Pakistanda (87) icra olunur. Bildirilib ki, Çində məlumatlar hökumət tərəfindən gizlədildiyindən bu ölkədə icra olunan ölüm hökmlərinin sayı hesabatda nəzərə alınmayıb.

Qeyd edək ki, hazırda dünyanın 141 ölkəsində ölüm hökmü ləğv edilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Edam  





Xəbər lenti