Ermənistanın dövlət borcu rekord həddə çatdı

Ermənistanın dövlət borcu rekord həddə çatdı
  11 Aprel 2017    Oxunub:2018
Ermənistanın dövlət borcu 6 milyard dollara çatıb.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, aprelin 1-də olan son vəziyyətə görə, Ermənistan dövlət börcu 5 milyard 996,2 milyon dollar təşkil edib.

Qeyd edək ki, bu məbləğin böyük hissəsi - 4.3 milyardı Ermənistan hökümətinin xarici borcudur. Borc bir ay ərzində 35 milyon dollar, ilin əvvəli ilə müqayisədə isə 54.1 milyon dollar artıb. Nəticədə, Ermənistanın dövlət borcu ÜDM-un 50 faiz həddini keçərək təhlükəli xarakter alır ki, bu da gözlənilən defaultu qaçılmaz edəcək.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Borc  





Xəbər lenti