Moldova hökumətində axtarış aparılır - Korrupsiya ittihamı

Moldova hökumətində axtarış aparılır - Korrupsiya ittihamı
  11 Aprel 2017    Oxunub:1221
Korrupsiya ilə mübarizə üzrə mərkəzin əməkdaşları və Antikorrupsiya prokurorluğunun zabitləri Moldova hökumətində və digər dövlət müəssisələrində axtarışlar aparır.
AzVision.az “Sputnik Moldova”ya istinadən xəbər verir ki, bunun Milli Antikorrupsiya Mərkəzinin mətbuat katibi Anjela Starinski təsdiq edib.

“Bəli, hazırda axtarış aparılır. Əsas səbəb korrupsiya işi ilə əlaqədardır.Biz tam detalları açıqlaya bilmərik. Təkcə onu deyim ki, bəzi məmurların, yaşayış məntəqələrinin merinin və bəzi iqtisadi agentlərinin korrupsiya işində əli var”.

Agentliyin məlumatına görə, axtarış aparılan qurumlar arasında Səmərəli Enerji Fondu da var.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Moldova   Korrupsiya  





Xəbər lenti