Sarkisyanın rəqibi siyasətdən gedir - ABŞ-a təcili səfər

Sarkisyanın rəqibi siyasətdən gedir - ABŞ-a təcili səfər
  11 Aprel 2017    Oxunub:3136
Aprelin 2-dəki seçkilərdən sonra Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan ölkəni tərk edib. AzVision.az xəbər verir ki, "Hraparak"a verilən məlumatlara görə, Oskanyan şəxsi işləri ilə əlaqədar ABŞ-a gedib.
Ehtimal edilir ki, 3 həftə ərzində Ermənistana geri dönəcək.

Oskanyanın yaxın ətrafında gəzən söhbətlərə görə, hələ seçkilərdən öncə geniş müxalif koalissiyada, o cümlədən "Tsarukyan" ittifaqı ilə birləşmənin baş tutmaması, nəticədə böyük saxtakarlıqla keçirilən seçkilərdə İttifaqın sıradan çıxarılması Oskanyanı siyasətdən getməyə məcbur edir.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Oskanyan   Sarkisyan  





Xəbər lenti