Nalbandyan işdən qovulur - Gözlənilməz dəyişiklik

Nalbandyan işdən qovulur - Gözlənilməz dəyişiklik
  11 Aprel 2017    Oxunub:6021
Ermənistan hakimiyyəti vəzifələrin bölgüsündə gözlənilməz addımlar atacaq.

AzVision.az-ın "Jamanak"-a istinadən verdiyi xəbərə görə, Ermənistanın polis rəisi Vladimir Qasparyan 2018-ci ildə müdafiə naziri təyin edilə bilər. Onun təyinatı 2018-ci ildə Ermənistanda keçiriləcək Frankofoniya ölkələrinin 17-ci sammitindən asılıdır.

Bundan sonra gözlənilməyən hadisə baş verəcək. Məlumata əsasən Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan vəzifədən uzaqlaşdırılacaq. Onu bu vəzifədə Ermənistanın hazırkı müdafiə naziri Vigen Sarkisyanın əvəz edəcəyi gözlənilir. Bu təyinatadək Vigen Sarkisyan və Vladimir Qasparyan öz yerlərində qalacaqlar.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan   XİN  





Xəbər lenti