Türkiyədə güclü partlayış olub - Yaralılar var

Türkiyədə güclü partlayış olub - Yaralılar var
  11 Aprel 2017    Oxunub:1415
Türkiyənin Diyarbakır əyalətində partlayış olub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə əyalətin Bağlar rayonunda, polis məktəbinin yaxınlığında baş verib. Hadisə yerinə polis qüvvələri və təcili tibbi yardım briqadaları göndərilib.

“Doğan” agentliyinin məlumatına görə, partlayış Diyarbəkir rayon Polis İdarəsinin yardımçı binasında zirehli avtomobillərin təmiri emalatxanasında baş verib. Nəticədə emalatxana binası çöküb.

İlkin məlumata görə partlayış nəticəsində dörd nəfər yaralanıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Türkiyə   Partlayış  





Xəbər lenti