Ermənistanın yeni spikeri kim olacaq?

Ermənistanın yeni spikeri kim olacaq?
  11 Aprel 2017    Oxunub:1065
Ermənistan prezidenti Serj Sarkisyan və baş nazir Karen Karapetyan yeni parlament sədrinin təyinatı məsələsini müzakirə edir.

AzVision.az-ın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, Karapetyan bu vəzifəyə "Taşir" şirkətlər qrupunun rəhbəri Samvel Karapetyanın qardaşı, Ermənistan parlamentinin respublikaçı deputatı Karen Karapetyanı və "sevimli" ədiyyə nazirini uyğun görür. Karapetyanın istəklərinə baxmayaraq, son qərarı Sarkisyan verəcək.

Qeyd edək ki, parlamentin sədri vəzifəsinə ədliyyə naziri Arpine Hovhannisyanın və Ermənistan prezident nəzarəti idarəsinin rəisi Feliks Tsolakyanın da namizədliyi irəli sürülür.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti