Ohanyanın arvadı Sarkisyandan qisas almaq istəyir

Ohanyanın arvadı Sarkisyandan qisas almaq istəyir
  11 Aprel 2017    Oxunub:7877
Ermənistanda müxalif ORO İttifaqına rəhbərlik edən, keçmiş müdafiə naziri Seyran Ohanyanla bağlı vəziyyət olduqca gərgindir. AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ohanyanın seçkilərdəki məğlubiyyətini qəbul etmək istəməməsi, bununla yanaşı yaranmış vəziyyətdən çıxa bilməməsi onun həyat yoldaşını hövsələdən çıxarıb.
Yalnış hesablamalar və perspektivi olmayan siyasi proqramlar üzərində dayandıqlarını etiraf etsələr də, Ohanyanın həyat yoldaşı Ruzan Xaçatryan geri çəkilmək niyyətində deyil. Keçmiş nazir arvadı hakimiyyətdən ərinin qisasını almaq istəyir.

Xaçatryan ona qarşı mətbuatda başladılan kampaniyaya birbaşa Prezident Serj Sarkisyanın nəzarət etdiyini düşünür və bunu ictimaiyyətə bəyan etmək niyyətindədir.

Sarkisyanın Ohanyandan sonra onun qadınını susdura bilib-bilməyəcəyi məsələsi maraq doğurur.

Şahin Qocayev
AzVision.az



Teqlər: Ermənistan   Sarkisyan   Ohanyan  





Xəbər lenti