Sarkisyanın partiyasında seçki qalmaqalı - Daxili çəkişmələr artır

Sarkisyanın partiyasında seçki qalmaqalı - Daxili çəkişmələr artır
  11 Aprel 2017    Oxunub:1551
Ermənistanda keçirilən parlament seçkilərindən sonra hakim Respublika partiyasında daxili çəkişmələr böyüyüb. Daha öncə bildirdiyimiz kimi, Respublikaçı namizədlər verilməyən səslər qarşılığında həmin ərazilərdə paylanmış rüşvətləri geri tələb etməyə başlayıblar. Bu proses kütləvi xarakter alıb.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir i, hakim partiya daxilində başqa bir qalmaqal səslərin düzgün hesablanmaması ilə əlaqədardır. Deputatlığa namizədlərin çoxu iddia edir ki, onların yığdıqları səslər digər respublikaçı namizədin xeyrinə hesablanıb.

Hətta, partiya daxilində yaşanan olaylara etiraz edən bir neçə namizəd hesab edir ki, əslində qalmaqallar prezident Serj Sarkisyanın özü tərəfindən qurulub.

Şahin Qocayev
AzVision.az




Teqlər: Ermənistan   Sarkisyan   Partiya  





Xəbər lenti