"G-7" Rusiya və Suriyaya qarşı sanksiyanı təxirə saldı

"G-7" Rusiya və Suriyaya qarşı sanksiyanı təxirə saldı
  11 Aprel 2017    Oxunub:1186
G-7 ölkələrinin xarici işlər nazirlərinin görüşündə Rusiya və Suriyaya qarşı sanksiyalar barədə qərar qəbul edilməyib.
AzVision.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu İtaliyanın Lukka şəhərində keçirilən toplantıdan sonra Fransa xarici işlər naziri Jan-Mark Eyro deyib.

Onun sözlərinə görə, görüşdə Suriyadakı rejimin kimyəvi silahdan istifadə etməsinə dair araşdırma başa çatanadək yeni sanksiyaların tətbiqi məsələsinin təxirə salınması haqqında razılıq əldə edilib.

Qeyd edək ki, “Böyük 7”liyin XİN başçılarının toplantısına Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, İordaniya və Qətərin xarici işlər nazirləri də iştirak ediblər.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: G7   Rusiya   Suriya   sanksiya  





Xəbər lenti