ABŞ Rusiyaya ultimatum verib

ABŞ Rusiyaya ultimatum verib
  11 Aprel 2017    Oxunub:2263
"ABŞ dövlət katibi Reks Tillerson Rusiyaya ultimatum verib".
AzVision.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Agentliyin xəbərinə əsasən ultimatum Rusiyanın Suriyada Bəşər Əsəd rejiminə dəstəyi ilə əlaqədardır. Tillerson vurğulayıb ki, Rusiya seçim etməlidir: Ya ABŞ və digər sağlam düşüncəli dünya dövlətləri, ya da Əsəd rejimi, İran və "Hizbullah".

"Biz Suriya xalqının əzablarını yüngülləşdirmək istəyirik. Rusiya bu cür gələcəyin bir hissəsi ola bilər və bu prosesdə vacib rol oynaya bilər. Yaxud, hesab edirik ki, Rusiya uzunmüddətli perspektivdə rəsmi Moskvanın maraqlarına cavab verməyən qrupu dəstəkləməkdə davam edə bilər”, - deyə dövlət katibi vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   Rusiya  





Xəbər lenti