Tillersonun kritik Moskva səfəri başlayıb

Tillersonun kritik Moskva səfəri başlayıb
  11 Aprel 2017    Oxunub:1207
ABŞ dövlət katibi Reks Tillersonun Rusiyaya səfəri başlayıb. AzVision.az xəbər verir ki, Tillersonu hava limanında ABŞ-ın Rusyadakı səfiri Con Teft qarşılayıb.
Dövlət katibini güclü mühafizə qoruyur. Hətta jurnalsitlər onun yaxınına buraxılmayıb.

Onun Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü nəzərdə tutulub. Görüşdə iki ölkə arasındakı münasibətlər, xüsusilə Suriya münaqişəsi müzakirə olunacaq.

Reks Tillersonun prezident Vladimir Putinlə görüşüb-görüşməyəcəyi hələlik dəqiqləşməyib.

Qeyd edək ki, bu səfər Birləşmiş Ştatarın Suriyada mülki vətəndaşlara qarşı kiməyvi silahlardan istifadə etməsinə cavab olaraq Suriya hava bazasına raket atmasından bir neçə gün sonraya təsadüf edir.

Xatırladaq ki, Tillerson səfəri öncəsi Rusiyanı seçim etməyə çağırıb. O bildirib ki, Rusiya ya ABŞ və müasir dünyanın tərəfində, ya da Əsəd, İran və “Hizbullah”ın yanında olmalıdır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: ABŞ   Rusiya   Suriya  





Xəbər lenti