Məktəbli avtobusu qəzaya düşdü: Ölən və yaralılar var

Məktəbli avtobusu qəzaya düşdü: Ölən və yaralılar var
  11 Aprel 2017    Oxunub:5116
Türkiyədə məktəbliləri aparan avtobus qəza törədib.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə Kayseri bölgəsində baş verib.

Məktəbliləri daşıyan avtobusun yük maşını ilə toqquşması nəticəsində 1 şagird ölüb, 11 nəfər isə yaralanıb.

Qəzaya səbəb ərazidəki qatı duman olub. Hadisə yerinə çoxlu sayda təcili yardım maşını cəlb edilib.

AzVision.az


Teqlər: Türkiyə   Qəza   Məktəbli  





Xəbər lenti