İlham Əliyevdən növbəti fərmanlar

İlham Əliyevdən növbəti fərmanlar
  29 Avqust 2013    Oxunub:1136
Azərbaycan Prezidenti İlham Əliyev 2013-cü il iyulun 18-də Paris şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi"nin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, 2013-cü il iyulun 18-də Paris şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi" təsdiq edilsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsində göstərilən Çərçivə Sazişinin müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

Fərmana əsasən, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Çərçivə Sazişinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatını xəbərdar etməlidir.

Eyni zamanda prezident İlham Əliyev 2013-cü il avqustun 13-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Nazirliyi arasında 2013-2015-ci illər üçün Kompleks Əməkdaşlıq Planı"nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, 2013-cü il avqustun 13-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Nazirliyi arasında 2013-2015-ci illər üçün Kompleks Əməkdaşlıq Planı" təsdiq edilsin.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Kompleks Əməkdaşlıq Planının müddəalarının həyata keçirilməsini təmin etsin.

AzVision.az


Teqlər:





Xəbər lenti