Putin bu şəxsləri vətəndaşlıqdan çıxarır

Putin bu şəxsləri vətəndaşlıqdan çıxarır
  12 Aprel 2017    Oxunub:1337
Rusiya rəhbərliyi ekstremist təşkilatların tərkibində olan şəxslərin vətəndaşlıqdan çıxarılması üçün imkanlar tapacaq.

AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “MİR-24” telekanalına müsahibəsində bildirib.

“Rusiya Konstitusiyasına əsasən, biz heç kimi vətəndaşlıqdan çıxara bilmərik. Lakin biz Rusiya vətəndaşlığını almaq üçün əsas olan müvafiq qərarı ləğv edə bilərik. Biz öz hüquqşünaslarımızla məsləhətləşmələr aparacağıq və hesab edirəm ki, bu barədə müvafiq qərar ən yaxın zamanda qəbul olunacaq”, - deyə Putin vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rusiya   Putin  





Xəbər lenti