Diyarbəkirdəki partlayış terror aktıdır

Diyarbəkirdəki partlayış terror aktıdır
  12 Aprel 2017    Oxunub:976
Ötən gün Türkiyənin Diyarbəkir viyalətinin Bağlar qəsəbəsində yerləşən polis idarəsində zirehli avtomobilin təmiri zamanı baş verən partlayış terror aktıdır.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Onun sözlərinə görə, terrorçular tunel qazaraq içəri daxil olub və təmir sexinin altına partlayıcı qurğu qoyublar.

Nazir əlavə edib ki, partlayış aksiyaların dağıdılması üçün istifadə edilən xüsusi texnikanın təmiri zamanı baş verib. Nəticədə emalatxana binası çöküb, biri polis olmaqla üç nəfər dünyasını dəyişib.

Terror aktı ilə əlaqədar 5 nəfər saxlanılıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Türkiyə   Terror  





Xəbər lenti