Putin: KTMT ölkələrində “rəngli inqilablar"a yol verməyəcəyik

Putin: KTMT ölkələrində “rəngli inqilablar"a yol verməyəcəyik
  12 Aprel 2017    Oxunub:1438
"Biz dünyanın müxtəlif regionlarında həyata keçirilən müxtəlif nəzəriyyələri bilirik ki, bu da həmin regionlarda vəziyyətin kəskinləşməsi ilə nəticələnir. Təbii ki, biz buna yol verməməliyik və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzv olan tərəfdaşlarımızı dəstəkləyəcəyik"
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Mir” telekanalına müsahibəsində bildirib.

Qeyd edək ki, daha əvvəl KTMT-ya üzv olan digər ölkələrin rəhbərləri də “Mir” telekanalına müsahibələrində "rəngli inqilablar"dan danışmışdılar.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev “rəngli inqilablar"ı xarici müdaxilə adlandırmış və bəyan etmişdi ki, bu cür təhlükələrlə mübarizə təşkilatın birgə təlimləri zamanı müzakirə olunur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: KTMT   Rusiya   Putin  





Xəbər lenti