Ərdoğan ilk dəfə açıqladı: "Qiyam günü mənə təklif etdilər ki..."

Ərdoğan ilk dəfə açıqladı: "Qiyam günü mənə təklif etdilər ki..."
  12 Aprel 2017    Oxunub:18868
“Təkhakimiyyətlilik dediyimiz zaman nə başa düşülür? Qanunvericilik, icra, məhkəmə hakimiyyətlərini bir nəfər ələ keçirib, rəhbərlik edir. Belə bir şeydən söz gedə bilməz.”
AzVision.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tələbələrlə görüşü zamanı deyib.

Onun sözlərinə görə, hazırda Türkiyədə ikihakimiyyətlilik mövcuddur:

“Mustafa Kamal Atatürk həm CHP sədri idi, həm də prezident. Eyni zamanda İsmət İnönü də onun kimi. Əcəba, hazırda partiyamızın qurucusu Mustafa Kamaldır, deyən Kılıçdaroğlu, onların bu təkhakimiyyətliliyindən danışırmı?. Bu prosesdə prezident-baş nazir dilemması ortadan qalxır. Yalnız prezident olacaq. Prezidentin də müşavirləri olacaq. İcra hakimiyyətini yönəldəcək prezident daha güclü şəkildə öz vəzifəsini icra edə biləcək", - deyə Ərdoğan qeyd edib.

Ərdoğan, həmçinin 15 iyul gecəsi ona edilən təklifin detallarını açıqlayıb: “15 iyul gecəsi Mərmərədə qaldığım otelin sahibi olan dostum məni adalardan birinə aparmağı təklif etdi. Həmin gecə otel sahibi olan dostumuz mənə: “Sürətli katerim var. Buradan sizi yaxın adalara apara bilərəm” dedi. Mən də: “Vətən torpağında ölməyim varikən, kafir torpaqlarında girov həyatı yaşaya bilmərəm” dedim”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan   FETÖ   Qiyam  





Xəbər lenti