İrəvan hərbi hospitalının rəisi işdən çıxarılıb

İrəvan hərbi hospitalının rəisi işdən çıxarılıb
  12 Aprel 2017    Oxunub:1888
İrəvanın Mərkəzi Hərbi Kliniki hospitalın rəisi Aram Asatryan vəzifəsindən azad edilib.

AzVision.az-ın "Joğovurd"a istinadən verdiyi məlumata görə, buna səbəb aprelin ikisində keçirilən parlament seçkiləri olub.

Aram Asatryandan Respublikaçı nazmizəd Harutyun Karapoğosyan üçün yüksək sayda səslərin yığılması tələb edilib. Hərbi hospital rəisinin kifayət qədər səs toplaya bilməməsi onun vəzifəsindən azad edilməsinə gətirib çıxarıb.

Araşdırmalara görə, seçki saxtakarlığının həyata keçirilməməsi müdafiə naziri Vigen Sarkisyanı qəzəbləndirib. Nəticədə, Vigen Sarkisyan namizədin oğlu, həmçinin öz cangüdəni Karo Karapoğosyana dəstək verərək rəisi işdən azad edib.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   İrəvan  





Xəbər lenti