Atəşkəs dörd istiqamətdə pozulub

Atəşkəs dörd istiqamətdə  pozulub
  29 Avqust 2013    Oxunub:1143
Ermənilər növbəti dəfə atəşkəs rejimini pozub.
Erməni silahlı bölmələri dünən və bu gecə Tərtər rayonunun Nəmirli, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

AzVision.az


Teqlər:





Xəbər lenti