Putinlə Tillersonun görüşü gözlənilir

Putinlə Tillersonun görüşü gözlənilir
  12 Aprel 2017    Oxunub:1380
"Əgər Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Reks Tillerson apardıqları danışıqların nəticələri barədə məlumat verməyi məqsədəuyğun hesab etsələr, Rusiya prezidenti Vladimir Putin onları qəbul edə bilər".
AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Müəyyən ehtimal var” deyən Peskov görüş baş tutacağı təqdirdə ictimaiyyətə geniş məlumat veriləcəyini əlavə edib.

Qeyd edək ki, bu gün Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Reks Tillerson arasında görüş keçirilib. Görüşdə Suriya məsələsi müzakirə olunub.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: ABŞ   Rusiya   Suriya  





Xəbər lenti