Lavrov Tillersona şərt qoydu: Bu, bir daha təkrar olunmamalıdır!

Lavrov Tillersona şərt qoydu: Bu, bir daha təkrar olunmamalıdır!
  12 Aprel 2017    Oxunub:1890
“Moskva hesab edir ki, ABŞ-ın Suriyaya raket zərbəsi endirməsi təkrar olunmamalıdır”. AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Reks Tillersonla görüşü zamanı deyib.
Rusiyalı nazir Tillersonun səfərinin Suriya məsələsində əməkdaşlıq və antiterror cəbhəsi yaradılması baxımından uğurlu vaxta təsadüf etdiyini vurğulayıb:

“Moskva üçün Tramp administrasiyasının real niyyətini anlamaq olduqca vacibdir. Biz hər zaman kollektiv fəaliyyətin tərəfdarıyıq. Mövqeyimiz dəfələrlə amerikalı həmkarlarımızın diqqətinə çatdırılıb. Bizim üçün sizin mövqeyinizi, ABŞ-ın mövqeyini, administrasiyanızın real niyyətini anlamaq vacibdir. Ümid edirik ki, bu gün bu yolda irəliyə gedəcəyik”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: ABŞ   Rusiya   Suriya  





Xəbər lenti