Rusiya prezidenti: "Suriyada 20 minə yaxın əcnəbi döyüşür"

Rusiya prezidenti: "Suriyada 20 minə yaxın əcnəbi döyüşür"
  12 Aprel 2017    Oxunub:1712
Rusiyanın Suriyadakı hərbi əməliyyatları terrorçuların ölkəyə qayıtmasına mane olacaq.
AzVision.az-ın verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin "Mir" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Suriyada təxminən 20 minə yaxın əcnəbi döyüşür ki, onlarında 9 mini MDB ölkələrinin vətəndaşıdır.

“Bu 9 minin təxminən yarıdan azı Rusiya vətəndaşıdır. 5 min nəfər isə Mərkəzi Asiya, KTMT-yə üzv ölkələrinin vətəndaşıdır. Ona görə də təhlükə çox böyükdür. Biz bunu bilirik və təhlükənin miqyasını anlayırıq. Təhlükəni azaltmaq üçün hər şey etməliyik. Suriyada beynəlxalq terrorçularla döyüşən hərbçilərimiz onların geri dönə bilməmələri üçün ordadırlar. Onların əsas məqsədi məhz budur”.

İŞİD üzərində qələbəyə gəlincə Putin bunun üçün bütün güclərin səfərbər olmasının vacibliyini vurğulayıb: “Əks halda qalibiyyət mümkün olmayacaq”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   Suriya   MDB  





Xəbər lenti