Avropa ilə Azərbaycan arasında strateji danışıqlar keçiriləcək

Avropa ilə Azərbaycan arasında strateji danışıqlar keçiriləcək
  12 Aprel 2017    Oxunub:1524
Bakıda aprelin 25-də Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişi üzrə danışıqların birinci mərhələsi keçiriləcək.
AzVision.az xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən bildiriblər.

Danışıqlarda iştirak etmək üçün Şərq tərəfdaşlığı məsələləri, Rusiya, Mərkəzi Asiya üzrə əməkdaşlıq, regional əməkdaşlıq və ATƏT məsələləri üzrə Avropa xarici siyasət xidmətinin direktoru Lyuk Devin Azərbaycana gələcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Avropa     Azərbaycan  





Xəbər lenti