“Obamanın dövründə vəziyyət daha yaxşı idi” - Putin

“Obamanın dövründə vəziyyət daha yaxşı idi” - Putin
  12 Aprel 2017    Oxunub:1658
Donald Trampın dövründə Vaşinqtonla inam səviyyəsi, xüsusilə hərbi anlamda yaxşı olmayıb, əksinə böyük ehtimalla pisləşib. AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Mir”telekanalına müsahibəsində bildirib.
Rusiya prezidenti vurğulayıb ki, Suriyanın İdlib əyalətində baş vermiş kimyəvi hücumla bağlı iki əsas versiya var:

“Birinci versiya, Suriya aviasiyasının raketlərinin terrorçuların zəhərləyici maddələrin istehsalı ilə bağlı yeraltı sexlərinə düşməsidir. Bu, mümkündür. Ona görə ki, terrorçular dəfələrlə bu zəhərli maddələrdən istifadə ediblər”.

İkinci versiya kimi isə Putin bunu qurama, təxribat adlandırıb: “Bunu qəsdən ediblər ki, səs-küy qaldırsınlar, Suriyanın qanuni hakimiyyətinə qarşı əlavə təzyiq göstərmək üçün bəhanə yaratsınlar. Bütün bunlar yoxlanılmalıdır. Yoxlanılmadan Suriyanın rəsmi hakimiyyətinə qarşı hansısa addımların atılmasını mümkün hesab etmirik". 

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: VladimirPutin   Rusiya   Suriya   Obama  





Xəbər lenti