Aİ-nin xüsusi nümayəndəsi Bakıya gəlir

Aİ-nin xüsusi nümayəndəsi Bakıya gəlir
  12 Aprel 2017    Oxunub:1266
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Herbert Zalber aprelin 19-20-də Azərbaycana səfərə gələcək.
Bu barədə AzVision.az Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən bildiriblər.

H.Zalber Bakıda rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək. Görüşlər zamanı Azərbaycan və Aİ arasında əlaqələrin inkişafı, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri müzakirə olunacaq.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:   Bakı   Avropa  





Xəbər lenti