Qubada evləri sel apardı

Qubada evləri sel apardı
  29 Avqust 2013    Oxunub:1096
Qubada güclü yağışın yağması nəticəsində 100-dən çox yaşayış evinə su dolub.
AzVision.az Regional TV-yə istinadən xəbər verir ki, gecə saatlarından başlayaraq Quba şəhəri və ətraf kəndlərə güclü yağış yağıb. Nəticədə küçələrdə yığılan su evlərə dolub.

Quba şəhərinin Vaqif küçəsində, Alekseyevka kəndində və Qırmızı qəsəbədə 100-dən çox evə ziyan dəyib. Yeni kanalizasiya xətləri vasitəsilə axan su çirkab sularına qarışaraq evlərin həyətlərinə, zirzəmilərinə və otaqlara daxil olub.

Qeyd olunan ərazidə hələ də güclü yağış müşahidə olunur.


Teqlər:





Xəbər lenti