Bakıda "Şərq Tərəfdaşlığı"nın prioritetləri müzakirə olunacaq

Bakıda "Şərq Tərəfdaşlığı"nın prioritetləri müzakirə olunacaq
  12 Aprel 2017    Oxunub:1055
Avropa İttifaqının nümayəndə heyəti aprelin 27-28-də "Şərq Tərəfdaşlığı" proqramının prioritetlərini müzakirə etmək üçün Azərbaycana səfər edəcək.
Bu barədə AzVision.az-a Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən bildirilib.

Səfər zamanı nümayəndə heyəti Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlər zamanı bu ilin noyabr ayında Brüsseldə keçiriləcək "Şərq Tərəfdaşlığı" sammiti öncəsi proqramın prioritetləri müzakirə olunacaq.

Avropa İttifaqı əməkdaşlığı Komitəsinin nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılsa da, hələlik səfərin dəqiq tarixi bəlli deyil.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:   Avropa   Azərbaycan  





Xəbər lenti