Ermənistan polisi seçki cinayətlərinə göz yumdu

Ermənistan polisi seçki cinayətlərinə göz yumdu
  12 Aprel 2017    Oxunub:1494
Ermənistanın hüquq-mühafizə orqanları aprelin 2-də keçirilən parlament seçkiləri ilə bağlı açılmış cinayət işlərini araşdırarkən görünməmiş "operativlik" nümayiş etdiriblər. AzVision.az-ın "Joğovurd"a istinadən verdiyi məlumatlara görə, ötən gün açılmış 15 cinayət işindən 4-nün istinaq prosesi tamamlanıb və ədliyyə orqanlarına göndərilib.
Cinayət işinin açılmasından bir həftə sonra istintaqın başa çatması, Ermənistan hüquq-mühafizə sisteminin tarixində sensasiyalı hadisə hesab edilə bilər.

Müqayisə üçün qeyd edək ki, məsələn 2015-ci ildə elektrik enerjisinin bahalaşmasına qarşı etiraz zamanı jurnalistlərə qarşı tətbiq edilən zorakılıq işi cinatyətkarların şəxsiyyətinin təyin edilməsi, kifayət qədər video və şəkillər kimi sübutların olmasına baxmayaraq, hələ də Xüsusi İstintaq Xidmətində 3 ildir davam etdirilir.

İstintaqın görünməmyən sürətlə başa çatması təsadüfi deyil. Təbii ki, bu proses konstitusiya dəyişiklikləri üçün keçirilən saxta referendum, parlament seçkilərində olduğu kimi onu icra edən, saxtalaşdıran şəxslər üçün nəinki cəzalar tətbiq ediləcək, hətta mükafatlar belə təqdim ediləcək.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Seçki  





Xəbər lenti