İnternetsiz ev qalmayacaq

İnternetsiz ev qalmayacaq
  29 Avqust 2013    Oxunub:1180
2015-ci ildən etibarən Bakı şəhərində ən azı 100 mb/s, digər iri şəhərlər və rayon mərkəzlərində ən azı 30 mb/s, qəsəbə və kənd yerlərində ən azı 10 mb/s sürətli genişzolaqlı internetlə əhalinin təmin ediləcəyi nəzərdə tutulur.
AzVision.az xəbər verir ki, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov hakim Yeni Azərbaycan partiyasının saytında verdiyi müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, 2013-2015-ci illərdə və sonrakı dövrdə "Hər evə optika" prinsipi üzrə ölkənin bütün yaşayış məntəqələrində yüksəksürətli fiber-optik kabel şəbəkəsi üzərindən keyfiyyətli genişzolaqlı internet xidmətlərinin təşkili və telekommunikasiya şəbəkəsinin modernləşdirilməsi nəzərdə tutulur.

Layihə çərçivəsində 2015-ci ildən etibarən Bakı şəhərində ən azı 100 mb/s, digər iri şəhərlər və rayon mərkəzlərində ən azı 30 mb/s, qəsəbə və kənd yerlərində ən azı 10 mb/s sürətli genişzolaqlı internetlə əhalinin təmin ediləcəyi nəzərdə tutulur.

Elektron hökumət həllərinin regionlarda tətbiqinin genişləndirilməsi, şəhər və kəndlər arasında rəqəmli fərqin aradan qaldırılması, sektorun sağlamlaşdırılması və İSP-lərin səmərəli fəaliyyəti üçün münbit şəraitin yaradılması layihənin əsas məqsədidir.

Ə.Abbasov qeyd edib ki, layihə Dövlət Neft Fondu tərəfindən maliyyələşdiriləcək və ümumi dəyəri təqribən 433 milyon manat təşkil edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti