"Lapşinin heç bir şikayəti yoxdur" - Rusiya XİN

"Lapşinin heç bir şikayəti yoxdur" - Rusiya XİN
  12 Aprel 2017    Oxunub:1154
“Aleksandr Lapşinin işi Rusiyanın Azərbaycandakı səfirliyinin nəzarətindədir”.
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Lapşinin işi üzrə istintaq davam edir: “Lapşinin həbs müddəti iyunun 15-dək uzadılıb. Onun tərəfdən saxlanma şəraitindən heç bir şikayət olmayıb. Səfirliyinin xahişi ilə o, tibbi müayinədən keçirilib. Ümumilikdə vəziyyətdə nəzarət altında saxlayırıq”.

Azərbaycanda həbsdə olan digər Rusiya vətəndaşı Marat Ueldanovla bağlı məsələyə gəldikdə isə M. Zaxarova bildirib ki, onun cinayət işi üzrə məhkəmənin birinci iclası aprelin 13-ə təyin olunub: “Səfirliyimiz Ueldanovun vəkili və qohumları ilə daim təmasdadır və məhkəmə iclasında Rusiya səfirliyinin əməkdaşları iştirak edəcəklər”.

AzVision.az


Teqlər: Rusiya   Azərbaycan   Lapşin  





Xəbər lenti