Dortmundakı partlayış terror aktıdır - Rəsmi

Dortmundakı partlayış terror aktıdır - Rəsmi
  12 Aprel 2017    Oxunub:1718
Almaniyanın Baş prokurorluğu Dortmund şəhərində baş verən partlayışı terror aktı hesab edir.
AzVision.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə qurumun nümayəndəsi bildirib.

Qeyd olunub ki, cinayətin əlamətləri onun terror aktı olduğuna işarə edir və buna görə prokurorluq təhqiqatı öz üzərinə götürüb.

Qeyd edək ki, aprelin 11-də “Borussiya” futbol klubunun avtobusunun yanında partlayış baş verib. İnsident nəticəsində “Borussiya” klubunun futbolçusu Mark Bartra və komandanı müşayiət edən polis əməkdaşı yaralanıb.

AzVision.az


Teqlər: Almaniya   Terror  





Xəbər lenti