Moskvada önəmli görüş: Putin Tillersonu qəbul etdi

Moskvada önəmli görüş: Putin Tillersonu qəbul etdi
  13 Aprel 2017    Oxunub:1705
Rusiya prezidenti Vladimir Putin Moskvada səfərdə olan ABŞ dövlət katibi Reks Tillersonla görüşüb.

AzVision.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Görüşün təfərrüatları ilə bağlı əlavə məlumat verilməyib.

Qeyd edək ki, yaxın saatlarda hər iki ölkənin xarici siyasət idarələrinin rəhbərlərinin birgə mətbuat konfransının keçirilməsi gözlənilir.

AzVision.az


Teqlər: Rusiya   ABŞ   Putin   Tillerson   Görüş  





Xəbər lenti