Sarkisyan parlamentə öz adamlarını yerləşdirir

Sarkisyan parlamentə öz adamlarını yerləşdirir
  13 Aprel 2017    Oxunub:1568
Ermənistan parlamentinə başçılıq edəcək namizədlərin adları aktiv müzakirə mövzusuna çevrilib.

İndiyə kimi bu vəzifəyə ən iddialı şəxs Samvel Karapetyanın qardaşı Karen Karapetyandır. Onun təyinatını Ermənistan parlamentinin hazırkı sədri Qalust Sahakyan təsdiqləyir. O, parlamentin sədri vəzifəsinə yalnız Karen Karapetyanın təyin ediləcəyini bildirib.

"Jamanak"a daxil olan məlumatalara görə, prezident Serj Sarkisyan parlamentin idarə heyətini təmamilə yeniləməyi və əsas vəzifələrə özünə yaxın adamlarını təyin etməyi qərara alıb.

Digər bir iddiaya görə, parlamentin vitse-spikeri Eduard Şarmazanov parlament sədri, Armen Aşotyan isə Respublika fraksiyasının rəhbəri təyin ediləcək.

Şahin Qocayev
AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan   Parlament  





Xəbər lenti