Prezident ona yazılan şeirləri bəyənmədi

Prezident ona yazılan şeirləri bəyənmədi
  13 Aprel 2017    Oxunub:1786
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onun şərəfinə yazılan “Ərdoğannamə” kitabının satışdan yığışdırılması barədə tapşırıq verib.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ərdoğan kitabda əks olunan şeirlərdəki hədsiz təriflərin inanc və mədəni dəyərlərə ziddi olduğunu düşünür.

Ərdoğan vəkili Hüseyn Aydın vasitəsilə nəşriyyat evinə xəbərdarlıq göndərib.

Qeyd edilib ki, kitab satışdan yığışdırılmasa, məhkəməyə müraciət olunacaq.

AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan   Kitab   Ərdoğannamə  





Xəbər lenti