Rusiya BMT-nin qətnaməsinə veto qoyub

Rusiya BMT-nin qətnaməsinə veto qoyub
  13 Aprel 2017    Oxunub:1644
Rusiya BMT Təhlükəsizlik Şurasının Suriya üzrə qətnaməsinin qəbul edilməsinə imkan verməyib.

AzVision.az TASS-a istinadən xəbər verir ki, qətnamə layihəsi ABŞ, Böyük Britaniya və Fransa tərəfindən təqdim edilib.

Aprelin 4-də Xan-Şeyxun şəhərində kimyəvi silahdan istifadəni pisləyən qətnamədə rəsmi Dəməşqdən insidentin baş verdiyi tarixdə bütün hava əməliyyatları ilə bağlı məlumat tələb edilir.

Rusiyadan başqa qətnamənin əleyhinə Boliviya səs verib, Çin bitərəf qalıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   BMT  





Xəbər lenti