Türkiyədə anti-terror əməliyyatı: 543 nəfər tutulub

Türkiyədə anti-terror əməliyyatı: 543 nəfər tutulub
  13 Aprel 2017    Oxunub:1199
Türkiyənin 21 əyalətində PKK-ya qarşı keçirilən anti-terror əməliyyatları nəticəsində 412 şübhəli tutulub.
AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, onların yaşadıqları evlərdə aparılan axtarışlar nəticəsində çoxlu sayda silah-sursat və sənəd aşkarlanaraq götürülüb.

Bundan başqa 13 əyalətdə aprelin 6-dan 12-dək İŞİD terror qruplaşmasına qarşı keçirilən anti-terror əməliyyatında 131 nəfər şübhəli şəxs qismində saxlanılıb. Saxalanılanlar terrorçu qruplaşmlarının üzvü olmaqda şübhəli bilinirlər.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Türkiyə   terror  





Xəbər lenti