Şeyx erməni katolikosu ilə görüşəcək - Qarabağdan danışılacaq

Şeyx erməni katolikosu ilə görüşəcək - Qarabağdan danışılacaq
  13 Aprel 2017    Oxunub:1540
Azərbaycan, Ermənistan və Rusiyanın dini liderlərinin növbəti görüşünün keçirilməsi planlaşdırılır. AzVision.az xəbər verir ki, bunu erməni katolikosu II Qaregin Ermənistanın “Armenpress” agentliyinə açıqlamasında deyib.
Onun sözlərinə görə, görüşdə əsas mövzu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması olacaq.

“Moskva və bütün rusların patriarxı Kirilin vasitəçiliyi ilə görüş baş tutacaq. Görüşün vaxtı hələlik dəqiqləşdirilməyib və görüşün gündəliyi, vaxtı barədə müzakirələr aparılır”.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Azərbaycan   Rusiya   Ermənistan   Qarabağ  





Xəbər lenti