Ermənistandakı korrupsiya Avropa İttifaqını narahat edir
Səfir seçki prosesindəki texniki çatışmazlıqlardan da danışaraq bildirib ki, məhz bu hallar saxtakarlığa münbit şərait yaradıb. Seçki məntəqələrinin böyük hissəsində müşahidə kameraları işləməyib. Halbuki Avropa İttifaqı baş verə biləcək texniki problemlərin aradan qaldırılması üçün Ermənistana 7 milyon avro yardım edib.
Səfirin bu açıqlaması Ermənistan mətbuatında əks-səda yaradıb. Avropa İttifaqının ölkədəki seçki prosesinə münasibəti xüsusən də müxalif qüvvələri ruhlandırıb. Çünki seçkiyə sülh mesajı ilə qoşulan blokların heç biri parlamentə buraxılmadı.
Ermənistan Milli Konqresinin sədri, sabiq prezident Levon Ter-Petrosyan bildirib ki, bundan sonra ölkədə hər hansı ciddi ictimai-siyasi dəyişiklik gözləməyə dəyməz. Sarkisyanın qüvvələri hiylə yolu ilə hakimiyyətdə qaldı. Sabiq prezident onu da deyib ki, ölkə əhalisi kriminal avtoritetlərin əlində girova çevrilib. (Azərtac)
AzVision.az
Teqlər: Ermənistan Korrupsiya Avropaİttifaqı