"Forsaj 8" filminin press-nümayişi – Park Cinema IMAX-da (FOTOLAR)

  13 Aprel 2017    Oxunub : 2273
"Forsaj 8" filminin press-nümayişi – Park Cinema IMAX-da (FOTOLAR)
"Kəmərləri bağlayın – yarış davam edir"
12 aprel tarixində Park Cinema IMAX kinoteatrında media nümayəndələri, bloggerlər, kinorejissorlar və digər məşhur simlaların iştirakı ilə “Forsaj 8” filminin press-nümayişi baş tutub. Tədbir Castrol şirkətinin dəstəyi ilə keçirilib.

Filmin süjeti ondan başlayır ki, Dom və Letti bal ayına yollanırlar, lakin Mia və Brayan isə oyundan uzaqlaşırlar. Komandanın digər üzvləri isə normal həyat tərzi sürür. Lakin müəmmalı qadın Domu ona əziz olan insanları satmağa vadar edərək onun can qutara bilmədiyi cinayət aləminə sürükləyəndə, komanda heç vaxt üzləşmədiyi sınaqlarla üz-üzə dayanır.

«Forsaj 8» - «Forsaj» filminin səkkizinci hissəsidir. Filmdə Vin Dizel, Mişel Rodriges, Dueyn Conson, Tayriz Gibson, Kris Brices, Kurt Rassel, Ceyson Steytem, Şarliz Teron, Skott İstvud və Helen Mirren rol almışlar.

Forsaj 8 – Forsaj 3-dən sonra 30 noyabr 2013-cü il tarixində Forsaj 7 filminin çəkilişləri zamanı avtomobil qəzasında vəfat etmiş Pol Uokerin iştirak etmədiyi ilk filmdir.

Filmin çəkilişlərinə hazırlıq Forsaj 7-nin nümayişindən dərhal sonra başlanılıb. Dizel, Morqan və prodüser Nil X. Morits kontraktları imzalayıblar. Filmin nümayiş tarixi – aprel 2017-ci il – dəqiqləşdirildikdən sonra 2015-ci ilin aprel və iyun ayları arasında kastinq keçirilmişdir. 2015-ci ilin oktyabr ayında F.Qeri Qrey rejissor vəzifəsini öz öhdəliyinə götürərək öncəki filimin rejossoru olmuş Ceyms Vananı əvəz edib. Filmin çəkilişlərinə 2016-cı ilin mart ayında Mivatn gölü (İslandiya), Havana, Atlanta, Klivlend və Nyu-Yorkda başlanılmışdır və beləcə filmdə hadisələrin bütün yer kürəsi boyunca cərəyan etməsi kimi adəti davam etdiriblər.

Filmin premyerası Berlində apel ayının 4-də baş tutub, ABŞ-da filmin geniş ekranda nümayişi aprel ayının 14 2017-ci ildə gözlənilir, Azərbaycanda – 13 aprel 2D və 3D formatlarında və yalnız Park Cinema Flame Towers-də IMAX 3D formatında.

Qeyd edək ki, Park Cinema – Azərbaycanda müasir çoxzallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə Park Bulvar, Metro Park, Zagulba Mall ticarət və əyləncə mərkəzlərində, ölkədə yeganə IMAX formatlı nümayişlərin təqdim olunduğu Flame Towers, həmçinin Masallı rayonundakı “ASAN Həyat”-da yerləşən kinoteatrlar və Amburan Beach Club-da yerləşən yay kinoteatrı daxildir.

Eldar Tanrıverdiyev
AzVision.az

Foto


Teqlər: Forsaj8