Amerikalı müğənni Kürdəmirdə konsert verəcək

Amerikalı müğənni Kürdəmirdə konsert verəcək
  13 Aprel 2017    Oxunub:17351
ABŞ səfirliyi Azərbaycanla diplomatik əlaqələrinin 25 illiyi şərəfinə Muğam Mərkəzində qala ziyafət keçirib.
AzVision.az xəbər verir ki, tədbirdə ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinin tarixinə həsr olunmuş video nümayiş olunub., ABŞ səfiri Robert Sekuta və mədəniyyət və turizm naziri Əbülfəz Qarayev çıxış edib. Ziyafətdə Azərbaycana səfərə gəlmiş Amerikalı vokalist Qabriel Stravelli tanınmış azərbaycanlı müğənni Sevda Ələkbərzadə ilə birlikdə caz ifa ediblər. ABŞ-ın Azərbaycandakı Səfirliyi Qabriel Stravellinin aprelin 10-17 tarixində Azərbaycana səfərinə sponsorluq etməkdən məmnundur.

Bakidakı qala ziyafətdən sonra Qabriel Stravelli və onun qrupu Azərbaycanın müxtəlif yerlərində ABŞ-Azərbaycan diplomatik əlaqələrinin 25 illiyinə həsr olunmuş tədbirlərdə çıxış edəcəklər. Qabriel Stravelli Azərbaycana bir daha səfər etməyindən çox məmnundur. Bundan öncə o, ABŞ-ın Dövlət Departamentinin Amerika Musiqisinin Xaricdə Təbliği proqramı çərçivəsində Azərbaycana ilk dəfə 2015-ci ilin noyabr ayında səfər etmişdir. Sözügedən proqram tanınmış Amerikalı musiqiçilərinin digər ölkələrə səfərini təşkil edərək mədəniyyət sahəsində qarşılıqlı anlayışı və əməkdaşlığı inkişaf etdirir.

Müxtəlif mükafatlar qazanmış Qabriel Stravelli həm özünün orijinal mahnılarının ifası, yeni Amerika mahnılarının ifası, həm də Dyuk Ellinqton, Dolli Parton və Conni Merser kimi müsiqiçilərin sənətlərindən bəhrələnməklə dinləyicilərin rəğbətini qazanmışdır. Qabrielin lirikası Deyvid Finklinin “fərdi expressiyanın təcəssümü” adlandırdığı xüsusi bir həssaslığa malikdir. Qabriel bu yaxında Nyu-Yorkun Metropoliten zalında Nyu York Tayms, Vall Strit Cornal və Haffinqton Post da daxil olmaqla mətbuatın tərifini qazanmış solo ifalar etmişdir. Keçən payız o, Uinton Marsalis və Linkoln Mərkəzinin Orkestrı ilə ABŞ-da turneyə çıxmış və Marsalisin Həbəşistan adlı Qospel üslubunda mahnı ifa etmişdir.

Azərbaycanda səfərdə olan musiqi qrupu Xaçmaz, Salyan, Kürdəmir və Gəncə şəhərlərində ictimayi konsertlərlə çıxış edəcək və yerli müsiqiçilər üçün ustad dərsləri keçirəcəklər.

Qabriel Stravellinin konsertləri ödənişsiz və ictimaiyyət üçün açıqdır.

13 aprel Xaçmaz Heydər Əliyəv Mərkəzi 15:30-16:30
14 aprel Salyan Kür Otelinin 15:30-16:30
15 april Kürdəmir Mədəniyyət Evi 15:30-16:30
16 april Gəncə Gənclər Yaradıcılıq Mərkəzi 15:30-16:30

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər: ABŞ  





Xəbər lenti