Rus diplomat səfirə qəzəblə dedi: “Gözümə baxın, siz qorxursunuz”

Rus diplomat səfirə qəzəblə dedi: “Gözümə baxın, siz qorxursunuz”
  13 Aprel 2017    Oxunub:2842
Böyük Britaniyanın BMT-dəki səfiri Metyu Raykroft təşkilatın iclasında Rusiyanın ünvanına sərt ittihamlarla çıxış edib. AzVision.az xəbər verir ki, səfir rəsmi Moskvanı Suriya problemi üzrə beynəlxalq əməkdaşlığa çağırıb.
“Rusiya beynəlxalq tərəfdaşları ilə əməkdaşlıq etmək əvəzinə qatilin yanında durur. Halbuki, əvəzində Əsəd Rusiyaya yalnız utanclıq gətirir. Lakin biz yenidən Rusiyaya bizimlə bərabərhüquqlu tərəfdaş kimi əməkdaşlıq etməsi üçün şans veririk”.

Bunun əvəzində Rusiyanın BMT-dəki rəsmi nümayəndəsi Vladimir Safronkov Böyük Britanıyanın səfirinə sərt cavab verib: “BMT-də hər kəs bilir - Siz qorxursunuz. ABŞ-la münasibətləri bərpa edəcəyik deyə yuxunuzu qaçırmısınız. Siz bundan qorxursunuz. Əməkdaşlığın alınmaması üçün əlinizdən gələni edirsiniz”.

Çıxışı zamanı rusiyalı diplomat britaniyalı səfirin diqqət etmədiyini görərək onunla aqressiv danışmağa başlayıb: “Mənə bax. Baxışlarını niyə qaçırırsan?. Gözümə bax. Gündəliyə uyğun olmayaraq danışırsan. Suriya, Türkiyə, İranı və digər ölkələri təhqir edirsən. Bundan sonra Rusiyanı təhqir etməyə çalışma”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   BöyükBritaniya   BMT  





Xəbər lenti