İranda 644 nəfər prezident olmaq istəyir

İranda 644 nəfər prezident olmaq istəyir
  14 Aprel 2017    Oxunub:1021
İranda prezident olmaq istəyənlərin sayı 644 nəfərə çatıb.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, İran İslam Respublikası Seçki Komissiyasının katibi Əli Purəli Motləq seçkilərə namizədliklə bağlı 644 nəfərin qeydiyyatdan keçdiyini bildirib. Onlardan 21-i qadındır.

İranda 12-ci prezident seçkilərində iştirak etmək istəyənlərin adlarının qeydiyyata alınması prosesi aprelin 11-dən başlanıb və 15-də başa çatacaq.

Seçkilər mayın 19-da keçiriləcək.

AzVision.az


Teqlər: İran   Seçki   Prezident   Namizəd  





Xəbər lenti