Putin Ərdoğanla Suriyadakı vəziyyəti müzakirə edib

Putin Ərdoğanla Suriyadakı vəziyyəti müzakirə edib
  14 Aprel 2017    Oxunub:1383
Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub.

AzVision.az xəbər verir ki, Kremlin yaydığı məlumata əsasən prezident telefon danışığı zamanı Suriyadakı vəziyyəti müzakirə ediblər.

Tərəflər Suriyada atəşkəsin möhkəmləndirilməsi məqsədi ilə birgə fəaliyyətin önəmini vurğulayıb, Astana və Cenevrə prosesinə dəstəyi davam etdirmək niyyətlərini bildiriblər.

Həmçinin aprelin 4-də Suriyada kimyəvi silahdan istifadə ilə bağlı insidentin beynəlxalq səviyyədə araşdırılmasının vacibliyi diqqətə çatdırılıb.

AzVision.az


Teqlər: Rusiya   Türkiyə   Putin   Ərdoğan  





Xəbər lenti